• Bakı 21° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Məktəblərdə mütaliəsiz nəsil yetişir - Deputat

CƏMİYYƏT

23 May 2025 | 11:30

Məktəblərdə mütaliəsiz nəsil yetişir - Deputat

Məktəblərdə psixoloqların fəaliyyətinin gücləndirilməsinə ehtiyac var.

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında deputat Elnarə Akimova məktəblərdə psixoloqların işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Deputat qeyd edib ki, kimya, biologiya və fizika müəllimləri psixologiya fənnini tədris etməməlidir.

Onun sözlərinə görə, hazırda məktəblərdə mütaliəsiz nəsil yetişir:

“Bu, böyük problemə çevrilməkdədir. Mən çıxışlarımda daim ədəbiyyat sahəsinə marağın artırılması barədə çağırışlar edirəm. Lakin dərs yükü şagirdlərə mütaliə üçün imkan vermir. Bizim zəngin mədəniyyət ənənələrimiz var və onların zəifləməsinə yol verməməliyik. Bu məsələ inzibati deyil, strategiya məsələsidir,” – deyə Elnarə Akimova bildirib.

Parlamentin sədri Sahibə Qafarova da millət vəkilinin fikirlərinə dəstək verərək əlavə edib ki, hər bir müəllim özü də psixoloq rolunu oynamalıdır.

Mina Mikayılova


SON XƏBƏRLƏR