• Bakı 21° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Müəllim özünü “haqlı” göstərmək üçün sistemə qarşı çıxış edir

CƏMİYYƏT

23 May 2025 | 12:03

Müəllim özünü “haqlı” göstərmək üçün sistemə qarşı çıxış edir

“Bizim sistem tamamilə şəffafdır. Nəticələri hər bir abituriyent və onun valideyni şəxsən görə bilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, elə müəllimlər də var ki, əvvəldən valideynə vəd verir ki, bu uşaq yüksək nəticə göstərəcək.. Sonra isə nəticə gözlənilən kimi olmur və günahı sistemdə axtarırlar:

“Belə hallarda həmin müəllim özünü “haqlı” göstərmək üçün ictimaiyyət qarşısında sistemə qarşı çıxış edir. Amma bu, sağlam yanaşma deyil”.

Mina Cavidqızı


SON XƏBƏRLƏR