Həftəsonu keçiriləcək qəbul imtahanlarında 54 min abituriyent iştirak edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, bu həftəsonu II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında 54 246 abituriyentin iştirakı nəzərdə tutulur.
Sədr əlavə edib ki, iyunun 1-də I və IV ixtisas qrupları üzrə keçiriləcək imtahanlarda isə 37 692 abituriyent iştirak edəcək.
“Bu mərhələdə də ötən illə müqayisədə təqribən 7 min nəfər daha çox abituriyent imtahan verəcək", – deyə Məleykə Abbaszadə vurğulayıb.
Mina Cavidqızı