• Bakı 21° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Məleykə Abbaszadə: “Gəlsinlər, bizdə işləsinlər və göstərsinlər hansı meyar düzgündür” 

CƏMİYYƏT

23 May 2025 | 12:09

Məleykə Abbaszadə: “Gəlsinlər, bizdə işləsinlər və göstərsinlər hansı meyar düzgündür” 

“Bəzən bəzi "ekspertlər" iddia edirlər ki, meyarlar düzgün müəyyən olunmayıb. Mən isə deyirəm: əgər belə düşünürlərsə, gəlsinlər, bizdə işləsinlər və göstərsinlər hansı meyar düzgündür”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, meyarın “düzgün” olub-olmadığına şəxsi yanaşma ilə yox, obyektiv əsaslarla yanaşmaq lazımdır. 

Qeyd edib ki, "Mən şagirdimə belə başa salmışam" prinsipi ilə qiymətləndirmə mümkün deyil.

“Əgər bu şəxslər meyarları müzakirə etmək istəyirlərsə, buyursunlar, açıqdır. Hansı meyarın səhv olduğunu sübut etsinlər, biz də həmin hissəni düzəldək. Amma unutmayaq ki, bu meyarlar əvvəlcədən elan olunub. O zaman niyə həmin anda etiraz edən olmadı?”

Nəzərə çatdırıb ki, burada ciddi resurs itkisi olur — həm maddi, həm də zaman baxımından. Yazı işlərinin yoxlanması üçün çoxsaylı əməkdaşlar cəlb olunur və bütün bunlar imtahan qiymətlərinin formalaşmasına da təsir göstərir:

“Mən bu məsələni Müşahidə Şurasında da qaldıracağam ki, apellyasiya qaydaları yenidən nəzərdən keçirilsin. Əgər əsasız müraciət edilirsə, heç olmasa bunun üçün simvolik ödəniş tətbiq olunsun. Çünki kimin isə əsassız iddiasına görə başqasının vaxtı gedir”.

Mina Cavidqızı


SON XƏBƏRLƏR