• Bakı 20° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Bu şəxslərə yubiley medalı veriləcək 

SİYASƏT

23 May 2025 | 12:05

Bu şəxslərə yubiley medalı veriləcək 

Məhkəmə-Hüquq Şurasının 20 illiyi ilə əlaqədar yubiley medalı təsis ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanuna edilən dəyişikliklə “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” də təsdiq ediləcək.

Əsasnaməyə əsasən, yubiley medalı ilə Məhkəmə-Hüquq Şurasının üzvləri və üzvü olmuş şəxslər, öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, Məhkəmə-Hüquq Şurasının aparatında və məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş və məhkəmə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif ediləcəklər.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR