2025-ci il üçün orta ixtisas təhsili müəssisələrinə qəbul planında bəzi dəyişikliklər edilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, Tam orta təhsil bazasında (11 illik) qəbul olunanların sayı 2024-cü illə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Belə ki, 2024-cü ildə bu göstərici 12 387 nəfər olduğu halda, 2025-ci ildə 15 874 nəfərə yüksəlib. Bu, 3 487 nəfərlik və ya 28.15%-lik artım deməkdir.
Bunun əksinə olaraq, ümumi orta təhsil bazasında (9 illik) qəbul olunanların sayı azalıb. 2024-cü ildə bu göstərici 10 930 nəfər idisə, 2025-ci ildə 8 144 nəfərə düşüb. Bu isə 2 786 nəfər və ya 25.49% azalma deməkdir.
Mina Cavidqızı