• Bakı 20° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Qarabağ Universitetinə qəbul planı artırıldı

CƏMİYYƏT

23 May 2025 | 11:16

Qarabağ Universitetinə qəbul planı artırıldı

Qarabağ Universitetinə qəbul planı 28.5% artırılıb.

Bakıvaxtı.az xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə çıxış edib.

Onun sözlərinə görə, Qarabağ Universitetinə 2025-ci il üzrə qəbul planı 28.5% artırılaraq 1440 yerə çatdırılıb. Bu addım regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr hazırlığının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Məleykə Abbaszadə, həmçinin, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu planı haqqında məlumat verərək, ümumilikdə 60 489 plan yerinin ayrıldığını bildirib.

O qeyd edib ki, ötən illə müqayisədə plan yerləri 2.21% və ya 1309 yer artırılıb.

Mina Cavidqızı


SON XƏBƏRLƏR