• Bakı 25° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.9379

    RUB - 2.1492

Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibəyə dair yeni qayda

CƏMİYYƏT

23 May 2025 | 12:22

Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibəyə dair yeni qayda

Dövlət qulluğuna qəbul üzrə müsahibənin nəticələrinə yenidən baxılması qaydalarında dəyişiklik edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, Şuraya və məhkəməyə şikayət verə bilərlər.

Təklif edilən dəyişikliyə əsasən, namizədlər məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasına şikayət verə biləcəklər.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

10 Iyun 2025