2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə əmək haqqı ödənişləri 2 milyon 701 min manat, sosial fondlara ayırmalar isə 550 min manat təşkil edib.
Bakıvaxtı.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Qeyd edək ki, əmək haqqı xərcləri əvvəlki illə müqayisədə 40%, sosial fondlara ayırmalar isə 35.1% artıb.