• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Danimarka: ABŞ Qrenlandiyaya qəbuledilməz təzyiq göstərir

DÜNYA

25 Mart 2025 | 17:23

Danimarka: ABŞ Qrenlandiyaya qəbuledilməz təzyiq göstərir

"Qrenlandiya və Danimarkaya qəbuledilməz təzyiq göstərilir. Biz buna qarşı duracağıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen “TV2” telekanalına bildirib.

Telekanal qeyd edib ki, martın 27-29-da adaya ABŞ vitse-prezidentinin həyat yoldaşı Uşa Vens səfər edəcək. Nümayəndə heyətinə, həmçinin Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və energetika naziri Kris Rayt daxil olacaq.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Brayan Hyuz bu səfərin məqsədinin "Qrenlandiya, onun mədəniyyəti, tarixi haqqında daha çox məlumat əldə etmək" olduğunu bildirib.


SON XƏBƏRLƏR

23 Aprel 2025