Aleksndr Lukaşenko rəsmi olaraq Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, A.Lukaşenkonun andiçmə mərasimi bu gün Minskdə keçirilib.
Qeyd edək ki, Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da baş tutub. Aleksandr Lukaşenko səslərin 86,82 %-ni qazanaraq yenidən prezident seçilib.
O, 1994-cü ilin iyul ayından Belarusa rəhbərlik edir.
***
12:40
Bu gün Belarus Respublikasının yeni seçilmiş Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçiriləcək.
Bakıvaxtı.az “BELTA”ya istinadla xəbər verir ki, 1100-dən çox insanın dəvət olunduğu andiçmə mərasimi Müstəqillik Sarayının ən böyük zalında – Təntənəli mərasimlər salonunda keçiriləcək.
Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinə aşağıdakı məzmunda and içəcək: “Belarus Respublikasının Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayaraq ölkənin xalqına sədaqətlə xidmət edəcəyimə, insan və vətəndaşın hüquq və azadlıqlarına hörmətlə yanaşılacağıma və müdafiə edəcəyimə, Belarus Konstitusiyasına riayət və onu müdafiə etməyə, üzərimə düşən yüksək vəzifələri müqəddəs tutaraq vicdanla yerinə yetirməyə təntənəli surətdə and içirəm”.
Prezidentin andiçmə mərasimindən sonra Müstəqillik Sarayının yanında yerləşən Dövlət Bayrağı Meydanında hərbi qulluqçuların Belarus xalqına və Prezidentinə andiçmə mərasiminin keçirilməsi planlaşdırılır.