• Bakı 21° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Azərbaycan nefti BAHALAŞDI

İQTİSADİYYAT

09 May 2025 | 11:07

Azərbaycan nefti BAHALAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,33 ABŞ dolları, yaxud 2,1 % artaraq 64,58 ABŞ dolları təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 62,32 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,37 ABŞ dolları və ya 2,2 % artaraq 63,07 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


SON XƏBƏRLƏR

08 May 2025