• Bakı 20° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Azərbaycan Sloveniyaya metanol satışından gəlirlərini artırıb

İQTİSADİYYAT

07 Iyun 2025 | 14:29

Azərbaycan Sloveniyaya metanol satışından gəlirlərini artırıb

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Sloveniyaya 18,5 min ton metanol (metil spirti) ixrac edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda metanol ixracından əldə olunan gəlir 5,6 milyon ABŞ dolları olub.

Sloveniyaya metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 106 ton və ya 0,6% azalıb, dəyər ifadəsi ilə 1,9 milyon ABŞ dolları, yaxud da 53,3% artıb.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan Sloveniyaya 18,6 min ton miqdarında, 3,7 milyon ABŞ dolları dəyərində metanol ixrac olunmuşdu.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 90,7 min ton metanol (metil spirti) ixrac edilib. Bu miqdarda metanol ixracından əldə olunan gəlirin həcmi 28,2 milyon ABŞ dolları olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycandan İsrailə, Türkiyəyə, Bolqarıstana, Rumıniyaya, Cəbəllütariqə, İtaliyaya, Sloveniyaya, Yunanıstana metanol ixrac edilib.


SON XƏBƏRLƏR