2025-ci ilin yanvar-may aylarında Azərbaycanın aqrar və aqrar-sənaye məhsullarının ixracı 446,7 milyon ABŞ dolları təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, bu məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun buraxılışında yer alıb.
Belə ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14% artım deməkdir. Məlumata görə, ixracın 331,2 milyon dolları aqrar məhsulların payına düşüb.
Bildirilib ki, bu sahədə 17,2% artım müşahidə olunub. Aqrar-sənaye məhsulları üzrə isə ixrac 115,6 milyon dollar təşkil edərək 5,9% artıb.
Əli Hüseynov