Bərdədə 15 yaşlı yeniyetmə Tərtər çayında boğulub.
Bakıvaxtı.az report-a istinadla xəbər verir ki, Ağdam rayon sakini 2010 - cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.
Hələ ki onun hansı şəraitdə çaya düşdüyü məlum deyil. İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayın sahilinə yaxın olan şadlıq saraylarından biri toyda iştirak edib.