• Bakı 21° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Bakıda qəbiristanlıqda QARA BAZAR: Köhnə və kimsəsiz qəbirlər dağıdılır 

CƏMİYYƏT

09 May 2025 | 11:02

Bakıda qəbiristanlıqda QARA BAZAR: Köhnə və kimsəsiz qəbirlər dağıdılır 

Bakının Yasamal rayonunda yerləşən Dağüstü qəbiristanlıqda uzun illərdir ziyarətçisi olmayan qəbirlərin dağıdılaraq satışa çıxarıldığı iddia olunur.

Bakıvaxtı.az APA TV-yə istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən vətəndaş danışıb.

Onun sözlərinə görə, boş yer olmadığından içərisində meyit olan qəbirlər təklif olunub:

"Hansını istəyirsinizsə, seçə bilərsiniz" dedilər. Həmçinin bu proses heç bir sənədləşmə olmadan həyata keçirilir. "Bu qəbirlər bizim nəzarətimizdədir, illərdir ziyarətçiləri yoxdur, kimsəsizlərdir" - deyə bildirildi".

Şikayətçi əlavə edib ki, tullantılarla gizlədilmiş bəzi qəbirlər ustalıqla yandırılaraq izlər ört-basdır edilir.

Məsələ ilə bağlı Yasamal Rayon Bələdiyyəsindən bildirilib ki, 2019-cu ildən bu günə qədər vəfat edən şəxslərin yaxınları dəfn üçün müraciət etdikdə, onlara qəbiristanlığın 1940-cı ildə salındığı və 1974-cü ildən etibarən bağlandığı barədə məlumat verilib.

Qeyd olunub ki, yeni yer olmadığından ailələrin razılığı əsasında yaxın qohumların ətrafında, yaxud şəriətə uyğun şəkildə, 25 ildən çox müddət keçmiş qəbirlər açılaraq yenidən dəfn həyata keçirilir.


SON XƏBƏRLƏR

08 May 2025