• Bakı 20° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçirilir

CƏMİYYƏT

07 Iyun 2025 | 17:44

Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçirilir

İyunun 7-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda, şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.

Yarmarka ilə bağlı “Aqrar Tədarük və Təchizat" ASC-nin şöbə müdiri Nilufər Mustafaqızı AZƏRTAC-a müsahibəsində deyib ki, həftəsonu yarmarkalarında 22 fərqli regiondan gələn 40-dan çox fermer, 100-ə yaxın məhsul çeşidi ilə iştirak edir.

O qeyd edib ki, yarmarka yay fəsli boyunca gələcək həftələrdə də davam edəcək. Məhsulların keyfiyyəti daimi olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılır, nəzarət edilir və yarmarkanın qarşısında Səyyar Qida Laboratoriya fəaliyyət göstərir.

“Hər həftə mütəmadi şəkildə əməkdaşlar tərəfindən bütün bazarlarda və marketlərdə monitorinq aparılır və fermerlərə tövsiyə xarakterli qiymətlər təklif olunur. Onlar da yarmarkalarda iştirak etmək üçün ASC-nin qaynar xəttinə və çağrı mərkəzinə zəng edərək ödənişsiz şəkildə piştaxta, tərəzi və yerlərlə təmin olunduqları üçün daha uyğun, münasib məhsulları alıcıların xidmətinə təklif edə bilirlər.

“Aqrar Tədarük və Təchizat" ASC-nın əməkdaşları yarmarkalarda, bazarlarda və marketlərdə qiymətlərlə bağlı hər həftə mütəmadi olaraq monitorinq aparır və fermerlərə tövsiyə xarakterli qiymətlər təklif olunur”, - deyə şöbə müdiri vurğulayıb.

AZƏRTAC-a müsahibə verən satıcılar bayram günlərində yarmarkada qiymətlərin adi günlərlə müqayisədə daha ucuz olduğunu, alıcıların isə əsasən yağ, pendir, bal, pomidor, xiyar, göyərti və digər kənd təsərrüfatı məhsullarına üstünlük verdiklərini bildiriblər.


SON XƏBƏRLƏR