Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası alması ilə bağlı görüntülər yayılıb.
Bakıvaxtı.az “Teleqraf”a istinadən xəbər verir ki, adıçəkilən müəllim də iddalara cavab verib.
O, valideynlərin bu addımından son anda xəbəri olduğunu deyib. Hədiyyəyə gəldikdə isə onu valideynlərə hörmətsizlik olmasın deyə qəbul etdiyini bildirib.
“Məndən xahiş etdilər ki, tədbirlərinə qatılım. Mən də onların könlünə dəyməmək üçün orada iştirak etdim. Hədiyyəni də valideynlərə hörmətsizlik etməmək üçün götürdüm. Bu həddə çatacağını bilsəydim, götürməzdim”, - deyə görüntüsü yayılan Günel Məmmədova deyib.