• Bakı 24° C

    7 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Torpaq sahiblərinin diqqətinə: Yenilik tətbiq ediləcək - VİDEO

CƏMİYYƏT

07 Iyul 2025 | 19:18

Torpaq sahiblərinin diqqətinə: Yenilik tətbiq ediləcək - VİDEO

Ölkədə hələ də bəzi torpaq sahələrinin dəqiq sərhədləri müəyyən edilməyib. Bu isə bir çox hallarda eyni torpağa bir neçə şəxs tərəfindən iddia irəli sürülməsinə, uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb olur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə innovasiyalar üzrə ekspert Elşən Musayev Xəzər TV-yə danışarkən deyib.

Ekspert qeyd edib ki, rəqəmsal uçotun zəif olması, yeni texnologiyalardan az istifadə edilməsi torpaq idarəçiliyini çətinləşdirir.

Onun sözlərinə görə, kadastr sistemi açıq deyil və bu səbəbdən də koordinatların çoxu səhvdir.

Ekspert təklif edir ki, torpaq sahələrinin dronlarla xəritələnməsi, məlumatların rəqəmsal bazaya daxil edilməsi və qorunması imkan verəcək ki, nə itki olsun, nə də sahibliklə bağlı mübahisə...

Mütəxəssisin fikrinə görə, yeni yanaşmalar sayəsində həm dövlət qurumlarının işi yüngülləşəcək, həm də vətəndaş razı qalacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


SON XƏBƏRLƏR

07 Iyul 2025