Braziliyalı futbolçu Rişarlison İngiltərənin "Tottenhem" klubundan ayrıla bilər.
Bakıvaxtı.az "Sky Sports"a istinadən xəbər verir ki, "Everton" 27 yaşlı hücumçu ilə maraqlanır.
Mersisayd təmsilçisinin baş məşqçisi David Moyes forvardı komandasında görmək istəyir.
Qeyd edək ki, Rişarlison 2018-2022-ci illərdə də "Everton"un formasını geyinib. Onun London klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir. Futbolçu cari mövsüm "Tottenhem"də 21 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.