• Bakı 11° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Tərtərdə avtomobillər toqquşub: xəsarət alanlar var

HADİSƏ

09 May 2025 | 19:26

Tərtərdə avtomobillər toqquşub: xəsarət alanlar var

Tərtərdə ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Tərtər rayon Cəmilli kənd sakinləri 1961-ci il təvəllüdlü Şabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov Elməddin Eldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu və 1955-ci il təvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

02 Noyabr 2025
01 Noyabr 2025