Bu ilin yanvar-fevral aylarında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 103,8 milyon ABŞ dolları təşkil edib.
Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % azdır.
Son 1 ildə ABŞ-yə ixracın dəyəri 12,1 % artaraq 10,3 milyon ABŞ dollarına çatıb, ABŞ-dən idxalın dəyəri isə 18,4 % azalaraq 93,5 milyon ABŞ dollarına düşüb.
Hesabat dövründə ABŞ-nin Azərbaycanın ümumi ixracında payı 0,2 %, ümumi idxalında payı isə 2,3 % olub.