• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

ABŞ kəşfiyyatı: Şimali Koreya yenidən nüvə sınağı keçirə bilər

DÜNYA

25 Mart 2025 | 23:00 | Müəllif: Subhan Mahmudov

ABŞ kəşfiyyatı: Şimali Koreya yenidən nüvə sınağı keçirə bilər

Koreya Xalq Demokratik Respublikası qısa müddət ərzində yenidən nüvə sınağı keçirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard deyib.

O, Senatın Kəşfiyyat Komitəsinin dinləmələrində vurğulayıb: “Şimali Koreya çox güman ki, qısa müddətdə növbəti nüvə sınağı keçirməyə hazırdır və gələcək danışıqlarda artan təsir imkanlarını nümayiş etdirmək üçün qitələrarası ballistik raketləri sınaqdan keçirməyə davam edəcək”.

Cənubi Koreya hakimiyyəti son aylarda dəfələrlə bəyan edib ki, KXDR yeddinci nüvə sınağını keçirə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026