• Bakı C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Azərbaycanın Qırğızıstan iqtisadiyyatına investisiya qoyuluşu artıb

İQTİSADİYYAT

25 Mart 2025 | 15:49

Azərbaycanın Qırğızıstan iqtisadiyyatına investisiya qoyuluşu artıb

Ötən il Qırğızıstanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 6,4 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 4,4 milyon ABŞ dolları və ya 3,2 dəfə artıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Qırğızıstandan yatırılan investisiyaların payı 0,1% təşkil edib.

Öz növbəsində, Azərbaycan ötən il Qırğızıstan iqtisadiyyatına 27,1 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 25,1 milyon ABŞ dolları və ya 13,5 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Qırğızıstana yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,5% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə həm Qırğızıstandan Azərbaycana, həm də əks istiqamətdə həyata keçirilən birbaşa xarici investisiyaların həcmi 2 milyon ABŞ dolları civarında olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.


SON XƏBƏRLƏR

25 Mart 2025