• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Yol polisindən hava şəraiti ilə bağlı ÇAĞIRIŞ

CƏMİYYƏT

23 Fevral 2025 | 21:52 | Müəllif: Subhan Mahmudov

Yol polisindən hava şəraiti ilə bağlı ÇAĞIRIŞ

Yol-patrul xidmətinin müşayiəti ilə aidiyyəti qurumlar tərəfindən avtomagistrallara duz-qum qarışığı səpilib qardan təmizlənməsinə baxmayaraq, küləklə sovrulan qarın qısa zamanda yenidən yolun hərəkət hissəsini tutması sürücülərdə çaşqınlıq yarada bilər.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, yolun qardan təmizləndiyinə güvənən sürücü bir qədər sürət yığdıqdan sonra anidən qar və ya buzla örtülü yol sahəsinə çıxdıqda təbii olaraq təlaş hissi keçirir ki, bu da instinktiv olaraq kəskin tormozlamaya və avtomobilin sürüşməsinə səbəb olur.

    Baş Dövlət Yol Polisi İdarəsi gecə saatlarında yolların buz bağladığını da nəzərə alaraq, qeyd olunan xüsusları diqqətdə saxlamağı, zərurət yaranmadıqca şəxsi avtomobildən istifadə etməməyi xahiş edir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Sentyabr 2026