• Bakı 18° C

    0.67 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Tramp administrasiyasını buna görə mühakimə etmək lazımdır - Medvedev

DÜNYA

23 Fevral 2025 | 00:36

Tramp administrasiyasını buna görə mühakimə etmək lazımdır - Medvedev

ABŞ prezidenti Donald Tramp administrasiyası faktiki hərəkətlərinə görə qiymətləndirilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə fevralın 22-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıqlama verib.

O, ABŞ liderinin komandasının hərəkətləri ilə yalnız "Rusiyanı, Çini və dünyanın yarısını çaşdırmağa" çalışdığı, əslində isə Ukraynaya dəstəyi davam etdirməyə hazır olduğu qənaətindədir.

"Ümumiyyətlə, rəqibi aldatmaq faydalı işdir. Və bu, dünya diplomatiya tarixində dəfələrlə olub. Və təbii ki, Tramp administrasiyasına münasibətdə də yalnız onların faktiki hərəkətlərinə görə mühakimə etmək lazımdır", - o, "Telegram" kanalında qeyd edib. (Publika.az)


SON XƏBƏRLƏR

08 Noyabr 2025