• Bakı 25° C

    13.54 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Temmi Bryus: Tərəflər Ukraynada atəşkəsə yaxındırlar

DÜNYA

25 Mart 2025 | 00:15

Temmi Bryus: Tərəflər Ukraynada atəşkəsə yaxındırlar

Tərəflər Ukraynada, o cümlədən Qara dənizdə atəşkəsə yaxındırlar və bundan sonra münaqişənin həlli ilə bağlı gələcək məsələlərin müzakirəsinə başlaya biləcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus deyib.

"Biz buna yaxınıq, heç vaxt tam atəşkəsə indiki qədər yaxın olmamışıq", - deyə o bildirib.

O əlavə edib ki, ABŞ Qara dənizdə atəşkəs də daxil olmaqla Rusiya və Ukrayna ilə birgə işləyir.

Onun sözlərinə görə, bundan sonra tərəflər gələcək məsələləri müzakirə etməyə başlaya biləcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyul 2026
18 Iyul 2026