Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün uşaqları 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, o öz yerini simvolik olaraq Hacı Mustafa Tarman orta məktəbinin 4-cü sinif şagirdi İpək Vera Yolcuya verib.
Ərdoğan 23 Aprelin millət tərəfindən böyük coşqu ilə qeyd edildiyini bildirib.
Ərdoğan "Bu gün vətənimiz, müstəqilliyimiz və gələcəyimiz üçün canlarından keçən şəhidlərimizi bir daha rəhmətlə yad edirəm. Türkiyə Cümhuriyyətinin yarandığı gündən bu günə qədər güclü və azad bir dövlətə çevrilməsində Qazi Mustafa Kamal və silahdaşlarından başlayaraq, əməyi keçən hər kəsi minnətdarlıqla xatırlayıram. Keçmiş şəhidlərimizi gələcəkdə daha parlaq görəcəyimizi vurğulamaq istərdim. hər birinizin gözündən öpürəm”, - deyə türkiyə lideri bildirib.