• Bakı C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Ər-Riyadda hansı məsələlər müzakirə edilir?

DÜNYA

24 Mart 2025 | 23:19

Ər-Riyadda hansı məsələlər müzakirə edilir?

Rusiya və ABŞ Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələsini müzakirə edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müzakirələrin əsas mövzusu Qara dəniz təşəbbüsü və onunla bağlıdır:

"Bu, ABŞ Prezidenti Donald Trampın təklifidir və Rusiya Prezidenti Vladimir Putin də bu təklifi qəbul edib. Rusiya nümayəndə heyəti bu mandatla Ər-Riyada danışıqlara yola düşüb".

Peskov həmçinin qeyd edib ki, Moskva və Vaşinqton Ukraynada vəziyyətin nizamlanmasına dair ümumi istəyə malikdir, lakin tərəflər hələ çoxsaylı texniki məsələləri həll etməlidirlər. O bildirib ki, nizamlanma ilə bağlı bir çox məqamlar üzərində işləmək lazımdır.

Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar aparılır.


SON XƏBƏRLƏR

25 Mart 2025