Aprelin 23-də Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodor Russopulosun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, həmsöhbətlər regional hadisələrlə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Azərbaycanla razılaşdırılmış sülh sazişinə toxunub və Ermənistanın sülh gündəminə sadiq olduğunu və sazişi imzalamağa hazır olduğunu vurğulayıb.
Regional sabitlik və sülh naminə dialoqun və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.