ABŞ artıq Avropanın təhlükəsizliyinin zəmanətçisi ola bilməz.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Pensilvaniya ştatının Karlayl şəhərində yerləşən ABŞ Quru Qoşunları Kollecində çıxışı zamanı bildirib.
“Birləşmiş Ştatların Avropa təhlükəsizliyinin yeganə zəmanətçisi olduğu dövr artıq keçmişdə qalıb. Əslində, bu, çoxdan baş verməli idi. Avropa hərbi baxımdan fəallaşmalı və liderliyi üzərinə götürməlidir”, - Pentaqon rəhbəri qeyd edib.
O vurğulayıb ki, ABŞ NATO üzrə Avropa müttəfiqlərindən hərbi xərcləri ÜDM-nin 5 faizi səviyyəsinə qədər artırmağı tələb edəcək: “Mövcud təhdidləri nəzərə alsaq, hərbi xərclərə ayrılan ÜDM-nin 2 faiz kifayət deyil”.