• Bakı 17° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Azərbaycan və Türkiyə parlament sədrləri telefonla DANIŞDI

SİYASƏT

23 Aprel 2025 | 21:28

Azərbaycan və Türkiyə parlament sədrləri telefonla DANIŞDI

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, telefon danışığı zamanı Milli Məclisin sədri Türkiyənin İstanbul şəhərində baş vermiş silsilə zəlzələlərlə bağlı narahatlığını ifadə edib.

Azərbaycan və Türkiyənin qardaş ölkələr olaraq xoş və çətin günlərdə hər zaman bir yerdə olduqları bir daha vurğulanıb.

Numan Kurtulmuş göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib.


SON XƏBƏRLƏR

18 Oktyabr 2025