• Bakı 30° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs həbs olundu

HADİSƏ

23 Aprel 2025 | 14:39

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs həbs olundu

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib.

Məlumata görə, aprelin 21-də 1988-ci il təvəllüdlü Ədil Məhərrəmovun paytaxtın Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

     


    SON XƏBƏRLƏR

    25 Iyul 2025