Türkiyənin İstanbul şəhərində zəlzələlər davam edir.
Bakıvaxtı.az bu barədə AFAD-a istinadla xəbər verir.
Bildirilib ki, İstanbulda ard-arda 7 zəlzələ qeydə alınıb.
Onlardan ən böyüyü 6,2 bal gücündə olub.
***
14:43
AFAD İstanbulda güclü zəlzələdən sonra sakinləri riskli binalardan uzaq durmağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, İstanbul Böyük şəhər Bələdiyyəsindən bildirilib ki, indiyədək hər hansı ciddi hadisə qeydə alınmayıb.
İstanbul Valiliyi də hazırda hər hansı dağıntı xəbərinin olmadığını açıqlayıb.
Zəlzələdən sonra afterşokların davam etdiyi bildirilir.
***
14:20
İstanbulda daha bir zəlzələ oldu.
Bakıvaxtı.az bu barədə AFAD-a istinadla xəbər verir.
Məlumata görə, 4,4 və 4,9 bal gücündə daha iki zəlzələ baş verib. Zəlzələlərin dərinliyi 7 kilometr olaraq ölçülüb.
***
14:01
İstanbulda ardıcıl 2 zəlzələ olub.
Bakıvaxtı.az bu barədə "HaberGlobal"a istinadla xəbər verir.
Məlumata görə, yerli vaxtla 13:13-də baş verən birinci zəlzələ 3,9 bal gücündə qeydə alınıb.
6,2 bal gücündə ikinci zəlzələ Silivri sahilində 7 km dərinlikdə çox güclü hiss olunub.
Nuriyyə Musayeva