• Bakı 26° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Müraciət barədə arayış qeyri-iş günündə də rəsmiləşə bilər - BU HALDA

CƏMİYYƏT

23 Aprel 2025 | 15:17

Müraciət barədə arayış qeyri-iş günündə də rəsmiləşə bilər - BU HALDA

Xəstəlik və ya travma qeyri-iş günü baş verdikdə ilkin tibbi yardım "Müraciət barədə arayış" vasitəsilə rəsmiləşdirilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova canlı yayımda məlumat verib.

Onun sözlərinə görə, müvafiq moduldakı məlumatlarda xəstənin ilkin diaqnozu, müraciətin daxil olduğu tibb müəssisəsinin lokasiyası, müraciətin tarixi və vaxtı barədə dəqiq və tam qeydiyyat aparılmalıdır:

“Bu məlumatlar sistemdəki müvafiq sahələrə daxil edildikdən sonra elektron müraciət arayışı tərtib olunur. Həmin arayış qeyri-iş günündə baş vermiş hadisəni sənədləşdirən əsas sənəd hesab olunur. Daha sonra bu arayış əsasında, səlahiyyətli həkim tərəfindən Vahid Səhiyyə İnformasiya Sistemi üzərindən həmin tarixə uyğun elektron xəstəlik vərəqəsi rəsmiləşdirilə bilər”.

S.Məhərrəmova bildirib ki, bu yanaşma tibbi müəssisənin inzibati iş yükünün azaldılmasına, sığortaolunan şəxsin hüquqlarının qorunmasına və işəgötürən müəssisəsinin sənəd dövriyyəsinin sadələşdirilməsinə şərait yaradır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

09 Iyun 2025