• Bakı 16° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Zəlzələdə xəsarət alanlar arasında azərbaycanlılar da var? - RƏSMİ

SİYASƏT

23 Aprel 2025 | 16:59

Zəlzələdə xəsarət alanlar arasında azərbaycanlılar da var? - RƏSMİ

Xəbər verdiyimiz kimi, İstanbulda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 151 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə hakimiyyət orqanları rəsmi məlumat yayıb.

Məlumata görə, yerli saatla səhər radələrində qeydə alınan zəlzələ şəhərin bir sıra bölgələrində hiss olunub və insanlarda təşvişə səbəb olub. Təcili tibbi yardım xidmətləri xəsarət alanlara dərhal müdaxilə edib. Hazırda vəziyyət nəzarət altındadır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın Xarici İşlər Nazirliyinə sorğusuna cavab olaraq bildirilib ki, indiyədək Azərbaycan vətəndaşlarının xəsarət alması ilə bağlı diplomatik nümayəndəliklərə hər hansı məlumat daxil olmayıb.

“Türkiyədəki səfirliyimiz və İstanbuldakı baş konsulluğumuz məsələni diqqətdə saxlayır”, – deyə qeyd edilib.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR