Kağız daşıyıcılardan imtina edilməsinin əsas məqsədi kağız kargüzarlığının minimuma endirilməsidir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova canlı yayımda məlumat verib.
S.Məhərrəmova həmçinin qeyd edib ki, kağızdan imtina edərək elektron formaya keçməyin digər səbəbləri kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması, eləcə də vaxt itkisinin minimallaşdırılmasıdır.
Mina Mikayılova