• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məkkəyə giriş qaydaları sərtləşdirildi - Hər kəs gedə bilməyəcək

DÜNYA

23 Aprel 2025 | 19:49 | Müəllif: Subhan Mahmudov

Məkkəyə giriş qaydaları sərtləşdirildi - Hər kəs gedə bilməyəcək

Səudiyyə Ərəbistanı Həcc mövsümündə təhlükəsizliyi təmin etmək məqsədilə ciddi tədbirlər həyata keçirməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, rəsmi mənbələrin verdiyi məlumata görə, çərşənbə günündən etibarən iş icazəsi, Məkkədə yaşayış icazəsi və ya etibarlı həcc vizası olmayan əcnəbilərin Məkkəyə girişinə qadağa qoyulacaq.

Bu barədə məlumatı Səudiyyə mətbuatı və Əl-İhbariyyə kanalı yayıb. Daxili İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilir ki, bu addım zəvvarların təhlükəsizliyini təmin etmək, şəhərə yalnız səlahiyyətli şəxslərin daxil olmasını təmin etmək və Həcc ziyarətini nizamlı şəkildə keçirmək məqsədi daşıyır.

Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ziyarətə getmək istəyən şəxsləri saxta həcc reklamlarına qarşı ehtiyatlı olmağa çağırıb. Nazirlik bildirir ki, yalnız rəsmi kanallar vasitəsilə alınan həcc vizası keçərlidir və bu proses 80 ölkədə akkreditə olunmuş ofislərlə əməkdaşlıq çərçivəsində həyata keçirilir./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026