• Bakı 16° C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

ABŞ-İran görüşü barədə yeni təfərrüatlar AÇIQLANDI

DÜNYA

23 Aprel 2025 | 19:34

ABŞ-İran görüşü barədə yeni təfərrüatlar AÇIQLANDI

Aprelin 26-da Omanın paytaxtı Maskatda keçiriləcək ABŞ-İran danışıqları barədə yeni təfərrüatlar açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, ekspert və yüksək səviyyəli danışıqlar eyni vaxtda keçirilməyəcək.

Bildirilib ki, texniki danışıqlardan sonra İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff sədrliyi ilə yüksək səviyyəli görüş keçiriləcək.

Qeyd edək ki, aprelin 19-da keçirilən görüşdə mütəxəssislərin tədbiri ayın 23-ə nəzərdə tutulmuşdu.


SON XƏBƏRLƏR