NATO-nun baş katibi Mark Rutte aprelin 24-25-də ABŞ-yə səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun Brüsseldəki mənzil-qərargahının mətbuat xidməti məlumat yayıb.
"Mark Rutte ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və milli təhlükəsizlik müşaviri Mayk Uolts ilə görüşəcək", - məlumatda bildirilib.