• Bakı 17° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Cəlilabadda dələduzluq edən şəxs saxlanıldı

HADİSƏ

23 Aprel 2025 | 15:08

Cəlilabadda dələduzluq edən şəxs saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 41 yaşlı Rasim Yusubov tutulub.

Bakıvaxtı.az xəbər verir ki, o, zərər çəkənləri işlə təmin etmək və təqaüd təyin etdirmək barədə yalan vədlər verərək aldadıb.

R.Yusubov dələduzluq yolu ilə Cəlilabad və Masallı rayon sakini olan 8 nəfərin müxtəlif məbləğlərdə pulunu ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə R.Yusubov barəsində həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR