Şamaxıda kişi dağdan yıxılaraq ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.
Abşeron rayon sakini, 1953-cü il təvəllüdlü Xəlilov Sabir Səfər oğlu dağda çaşır yığan zaman yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.