Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı bir sıra rəsmi şəxslərlə əlaqə saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı Daxili İşlər, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri, Səhiyyə nazirləri, həmçinin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbərindən vəziyyətlə bağlı məlumat alıb.
Əli Hüseynov
***
14:19
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən zəlzələ ilə bağlı açıqlama verib.
Bakıvaxtı.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
"Hadisədən zərər çəkmiş vətəndaşlarımıza səbr diləyirəm. Hadisələri yaxından izləyirik",- Ərdoğan qeyd edib.
Qeyd edək ki, bu gün İstanbulda bir neçə zəlzələ baş verib.
Əli Hüseynov