• Bakı 22° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Harvard Universiteti beynəlxalq tələbələrin qəbulunu dayandırır

DÜNYA

23 May 2025 | 10:53

Harvard Universiteti beynəlxalq tələbələrin qəbulunu dayandırır

Harvard Universiteti beynəlxalq tələbə qəbulunu dayandırıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məluamata görə, qərarın səbəbi kimi universitetin “müvafiq qanunlara əməl etməməsi” göstərilib.

ABŞ-nin Daxili Təhlükəsizlik Naziri Kristi Noem məsələ ilə bağlı Harvard Universitetinə rəsmi məktub ünvanlayıb və sosial media hesabında paylaşdığı açıqlamada, universitetin “Tələbə və Mübadilə Proqramı” (SEVP) sertifikatının dərhal qüvvəyə minməklə ləğv edildiyini bəyan edib.

Nazir Noem qeyd edib ki, Tramp administrasiyası Harvard Universitetini kampusda zorakılığı və antisemitizmi təşviq etməkdə, eləcə də Çin Kommunist Partiyası ilə əlaqəli fəaliyyətlərdə ittiham edir. O əlavə edib: “Harvard düzgün olanı etmək üçün bir çox fürsətə malik idi, lakin bundan imtina etdi. Qanunlara əməl etmədikləri üçün sertifikatlarını itirdilər”.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR