• Bakı 16° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Azyaşlı futbolçuları yumruqlayan məşqçiyə AĞIR CƏZA

İDMAN

23 Aprel 2025 | 16:20

Azyaşlı futbolçuları yumruqlayan məşqçiyə AĞIR CƏZA

AFFA İntizam Komitəsi U-15 Liqasında keçirilən “Şamaxı” – “Metak” oyununda baş verən neqativ hallarla bağlı qərarını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, matçın sonlarında hakimi təhqir edən “Şamaxı”nın baş məşqçisi Tərlan İsgəndərov 5 oyunluq sanksiya ilə üzləşib.

Həmin anda eyn hərəkətə yol verən “Şamaxı”nın rəsmisi Amil Mənsimov də 5 matçlıq diskvalifikasiya olunub.

Bundan başqa, “Şamaxı”da adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurub. AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq o, 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib. Müstəsna hal olaraq komanda 500 manat cərimələnib.

“Şamaxı”nın növbəti ev oyunu azarkeşsiz keçiriləcək.


SON XƏBƏRLƏR