• Bakı 16° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

İrəvan Konstitusiya dəyişikliyinə getməsə...- Paşinyan vaxt qazanır

SİYASƏT

23 Aprel 2025 | 16:58

İrəvan Konstitusiya dəyişikliyinə getməsə...- Paşinyan vaxt qazanır

"Ermənistan əvvəlki Konstitusiya referendumları xalqın iradəsini əks etdirmir".

Bakıvaxtı.az-ın məlumatına görə, belə bir açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.

Baş nazirin sözlərinə görə, İrəvanda hüquq sistemi ilə cəmiyyət arasında uçurum var. Paşinyan həmçinin, əlavə edib ki, bu amil ədliyyə sektorunda ciddi boşluqlar meydana gətirir.

Məsələni analiz edən ekspertlər Paşinyanın sözügedən əsasən iki aspektdən şərh edirlər. Birinicisi, bu, indiki halda onun prosesləri kölgəyə salmaq niyyətindən xəbər verir. Məlumdur ki, Bakının İrəvandan əsas tələblərindən biri Konstitusiyaya dəyişikliklə bağlıdır. Paşinyan isə bu istiqamətdə açıqlamalar səsləndirməklə Azərbaycanı inandırmağa çalışır ki, bu məsələ onun gündəliyindədir. Bu üsul ona real addımlar atmamaq üçün də müəyyən səviyyədə vaxt qazandırır.

Deputat Arzuxan Əlizadə Bakıvaxtı.az-a bildirib ki, əvvələr "böyük Ermənistan" xülyası ilə yaşayan xəstə təxəyyüllü erməni toplumu gec də olsa anlayır ki, real Ermənistanın sərhədləri hazırda yaşadıqları ərazilər çərçivəsindədir.

Onun sözlərinə görə, Paşinyan vurğulayır ki, Azərbaycana, Türkiyəyə, Gürcüstana ərazi iddiaları və "dənizdən-dənizə Ermənistan" xülyaları Ermənistan dövlətçiliyi üçün çox böyük faciələrə səbəb olub:

"Baş nazir bu kontekstdə Konstitusiya dəyişikliklərinə gedilməsinin vacibliyini vurğulayır. Digər tərəfdən Paşinyanın bu açıqlaması daxili auditoriyaya hesablanmış addımdır. Ola bilsin, bununla növbəti referendum üçün zəmin hazırlayır. Xalqı inandırmağa çalışır ki, hazırkı qanun layihəsi Ermənistanın perspektivinə təhlükə vəd edir. Çünki ölkədə bəzi radikal qüvvələr Konstitusiya ətrafında gedən müzakirələrdən hökumətə qarşı istifadə etməyə cəhd göstərir”.

Arzuxan Əlizadə, deputat

Müsahibimiz bildirib ki, aksiya keçirməyə cəhd edənlər də az deyil:

“Görünür, Ermənistan baş naziri də bu ssenarinin reallaşmaması üçün öncədən tədbirli davranır. Hər bir vəziyyətdə İrəvan Konstitusiya dəyişikliyi ilə bağlı konstruktiv mövqe ortaya qoyanadək sülh müqaviləsinin imzalanması real deyil".

Aydın Baxış


SON XƏBƏRLƏR