• Bakı 17° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Allahşükür Paşazadə: Ola bilər ki, Roma Papasının dəfnində iştirak edim

SİYASƏT

23 Aprel 2025 | 15:02

Allahşükür Paşazadə: Ola bilər ki, Roma Papasının dəfnində iştirak edim

“Roma Papasının dəfnində iştirak edib-etməyəcəyimi bilmirəm. Ola bilər, iştirak edim”.

    Bakıvaxtı.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

    “Biz Roma Papası üçün dua oxuyub, onun ruhunu yad edirik. Papanın müsəlmanlara, azərbaycanlılara, Azərbaycan rəhbərliyinə olan münasibəti çox yüksək idi. Həmişə Prezidentimizi soruşar, Heydər Əliyev Fondunun etdiyi işlərlə maraqlanardı. Papa Fransisk Heydər Məscidinə gəlib orada bizimlə görüş keçirmişdi. Biz də ona Quran hədiyyə etdik. Onun bütün dinlərə münasibəti yaxşı idi. Papa Fransisk çox böyük şəxsiyyət idi. O bütün dünyada sülhü, qardaşlığı istəyən insan olub. Məni Vatikana dəvət etmişdi. Bəhreyndə, Qazaxsıtanda və digər yerlərdə də görüş keçirmişik. Ümid edirəm, yeni seçilən Papa da gələcəkdə Fransiskin təməlini qoyduğu dostluq münasibətlərini davam etdirəcək”, - şeyxülislam qeyd edib.

    Şeyxülislam Roma Papası qeyd edib ki, yaxın vaxtlarda görüşləri planlaşdırılırmış: “Bir ay bundan əvvəl Papa məni dəvət etmişdi. Dini konfenssiyalarla bərabər biz görüşməli idik. Ancaq xəstəliyi buna imkan vermədi. Bu gün gəlib yəhudi, xristian dinlərinin nümayəndələrinin başsağlığı vermələri bizim birliyimizi, tolerantlığımızı göstərir. Allah bütün dünyada sülhü bərqərar eləsin. Azərbaycan xalqını və onun rəhbərini qorusun”, - sədr vurğulayıb.


    SON XƏBƏRLƏR