İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın şərq, şimal və cənubunda yerüstü hədəflərə zərbələr endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl-Nəsra” nəşri məlumat yayıb.
Bildirilib ki, qırıcılar Suriya ilə həmsərhəd Hermel bölgəsində Hizbullahın yeraltı sığınacaqları və anbarlarına raket zərbələri endirib.
Bundan başqa, Barişa, Janta və Maarubda Hizbullahın bazaları vurulub.