• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Turan Tovuz" "Şamaxı"nı uddu

İDMAN

23 Fevral 2025 | 17:05 | Müəllif: Subhan Mahmudov

"Turan Tovuz" "Şamaxı"nı uddu

Misli Premyer Liqasında XXIV turun növbəti oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Turan Tovuz” Şamaxıda eyniadlı komandanın qonağı olub. Qarşılaşma Tovuz təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 30-cu dəqiqədə Alek Souza vurub.

Bu nəticədən sonra xallarını 42-yə çatdıran “Turan Tovuz” turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Şamaxı” isə 21 xalla 8-ci sırada qərarlaşıb.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Zirə” – “Kəpəz” matçı ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026