Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusla üz-üzə gələcək.
Bakıvaxtı.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq görüşün start fiti saat 21:45-də səsləndiriləcək.
Qarşılaşmanın baş hakimi gürcüstanlı Aleko Aptsiauri olacaq. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
Yoldaşlıq matçı
25 mart
21:45. Azərbaycan - Belarus
Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan).
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan).
“Bank Respublika Arena”
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haiti ilə keçirdiyi yoldaşlıq matçında məğlub olub - 0:3.